Güclü qar Cəlilabadda ağacı mağazanın üzərinə aşırdı – Yaşlı qadının xilasedilmə VİDEOSUbackend

Güclü qar Cəlilabadda ağacı mağazanın üzərinə aşırdı – Yaşlı qadının xilasedilmə VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad şəhəri ərazisində ağacın devrilməsi nəticəsində bir vətəndaşın köməksiz vəziyyətə düşməsi barədə siqnal daxil olub.

Bu barədə FHN məlumat yayıb.

 

 

Daxil olmuş məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə yönəldilib.

Hadisə yerinə çatan xilasedicilər xüsusi avadanlıqların köməyi ilə yağan qarın ağırlığına tab gətirməyərək meyvə-tərəvəz mağazasının üzərinə aşmış ağacı hissələrə bölərək ərazidən kənarlaşdırıblar. Görülən tədbirlər nəticəsində 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızı xilas edilib.