Stavropol diyarının Novomaryevskaya kəndində qasırğa “AN-2” təyyarəsini uçuş sahəsindən uçurub.
Editor.az bildirir ki, bu barədə “SOS Stavropol” Teleqram kanalı xəbər yayıb. Telekanalın məlumatına görə, qasırğa “kukruznik”i saxlayan kabelləri qoparıb. “AiF-Stavropol” xəbər verir ki, yüngül təyyarə küləyin təsirindən yerdən qopub.
Lakin çox da uzağa uçmayan “AN-2” çox ciddi zərər görüb. İlkin məlumatlara görə, onu düzəltmək mümkün olmayacaq. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin təfərrüatları ekspertlər tərəfindən araşdırılır.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!