Güclü zəlzələ: azərbaycanlının evi dağıldıbackend

Güclü zəlzələ: azərbaycanlının evi dağıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinə ciddi ziyan dəyib.

Editor.az Report-a istinadən xəbər verir ki, fərdi yaşayış evinin divarı uçub.

Dmanisi meri Koba Muradaşvili Şahmarlı kəndinə baş çəkib.

O bildirib ki, xüsusi komissiya evin dayanıqlığını yoxlayacaq, dəymiş ziyan da hesablanacaq və Qocayevlər ailəsinə kompensasiya ödəniləcək.

Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.