Güclü zəlzələ yüzlərlə can aldıbackend

Güclü zəlzələ yüzlərlə can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində azı 162 nəfər ölüb. Zərərçəkənlərin sayı isə 326-ya çatıb. 2,35 min ev dağılıb.
Editor.az xəbər verir ki, məlumatı Qərbi Yava əyalətinin qubernatoru Rıdvan Kamil İnstaqramda verib. Əyalət rəhbərinin sözlərinə görə, 14 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar üçün 14 qaçqın düşərgəsi yaradılıb. Dağılan binalar arasında dörd məktəb, xəstəxana və məscid də var.
Qeyd edək ki, noyabrın 21-də 5,6 bal gücündə baş verən zəlzələnin episentri Çianjur şəhəri olub. Yeraltı təkanlar İndoneziyanın paytaxtı Cakartada da hiss olunub. Bu zəlzələ ilin əvvəlindən İndoneziyada çox sayda qurbanların olduğu ən azı üçüncü zəlzələdir. Yanvar və fevral aylarında da 6,2 bal gücündə zəlzələlər qeydə alınıb. Birinci halda 25, ikincisində isə 100-dən çox insan həlak olub. Minlərlə sakin zərər görüb.
 
  //Samir Qurbanov,Editor.az