Gücüstanın Batumi şəhərində partlayış baş veribbackend

Gücüstanın Batumi şəhərində partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstanın Batumi şəhəri güclü partlayışla silkələnib. Məlum oldu ki, dəniz sahilində dalğaların gətirdiyi dəniz minası partlayıb.

Editor.az bildirir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı xəbər verib. Minanın sahil zolağından təqribən 25 m aralıda suda partlaması ilə gücü xeyli azaldılıb. Buna görə də tələfat və xəsarət alan olmayıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları fövqəladə hadisə yerində işləyir, onlar minanın kimə məxsusdur və hansı şəraitdə Gürcüstanın ərazi sularına daxil olduğunu araşdırırlar.

Bundan əvvəl Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılmış humanitar dəniz dəhlizində minayabənzər obyekt olduğu üçün ərzaqla dolu quru yük gəmiləri Ukrayna limanlarını tərk edə bilməmişdi.

  //Samir Qurbanov,Editor.az