Gülən Təşkilatı (FETÖ) ilə əlaqəli 120-dən çox şübhəli saxlanılıbbackend

Gülən Təşkilatı (FETÖ) ilə əlaqəli 120-dən çox şübhəli saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Fətullah Gülən Təşkilatı (FETÖ) ilə əlaqəli 120-dən çox şübhəli saxlanılıb.

Daxili İşlər Naziri Əli Yerlikaya rəsmi sosial media səhifəsində bildirib ki, şübhəlilər hərbçilər, tələbələr və məhkəmə üzvləri arasında müəyyən edilib. Onlar Türkiyədə qadağan olunmuş Gülən Təşkilatının lehinə təbliğat tədbirləri təşkil etməkdə ittiham olunurlar.

Əməliyyat zamanı saxlanılanlardan 58-i məhkəməyə qədər həbsxanaya göndərilib, 29-u məhkəmə nəzarəti altına alınıb, qalanlarının isə istintaq altında qalacağı bildirilir.
Qeyd edək ki, FETÖ Türkiyədə qadağan olunub; üzvlərinin 2016-cı ilin yayında baş verən dövlət çevrilişi cəhdində iştirak etdiyi güman edilir.

//Samir Qurbanov, Editor.az