Gümüş medal qazanan cüdoçumuz məşhur cütlüyün oğlu imiş – FOTObackend

Gümüş medal qazanan cüdoçumuz məşhur cütlüyün oğlu imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın oğlu Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış cütlük bu sevincli xəbəri feysbuk səhifələrində paylaşıblar:

“An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və burünc medal qazanıblar”, – deyə Tural Yusifov yazıb.

Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu”.