Mütəxəssislər 60/60 qaydasına əməl etməyi tövsiyə edirlər: Bir dəfəyə 60 dəqiqədən çox olmayan 60% səslə musiqi dinləyin, sonra 5-10 dəqiqəlik fasilə verin.
Editor.az xəbər verir ki, bu barədə qulaq, burun-boğaz və audiologiya üzrə mütəxəssis Larisa Vyleqjanina deyib.
“Maksimumun 60%-dən çox olmayan səs səviyyəsi təhlükəsiz sayılır. Xüsusilə yüksək səsli, 85 desibeldən yuxarı olan musiqiyə qulaq assanız, eşitmə qabiliyyətinizin zədələnmə riski əhəmiyyətli dərəcədə artır. Məsələn, səs-küylü yerlərdə insanlar çöldəki səsləri basdırmaq üçün tez-tez səsi qaldırırlar, lakin bu, qulaqlara zərər verə bilər. Mütəxəssislər musiqiyə 60/60 dəqiqədən çox olmayan müddət ərzində qulaq asmağı tövsiyə edir. Əgər daha yüksək səsə üstünlük verirsinizsə, gündə ümumi dinləmə müddəti 30 dəqiqədən çox olmamalıdır”, – həkim izah etdi.
Həkim bildirib ki, musiqiyə qulaq asdıqdan sonra qulaqlarınızda zəng və ya vızıltı eşidirsinizsə, bu, səsin çox yüksək olduğunu ifadə edə bilər:” Danışıq və ya digər səsləri ayırd etməkdə çətinlik çəkməyə başlasanız da diqqətli olmalısınız. Bu əlamətlər eşitmə itkisinin əlamətləri ola bilər və ən qısa zamanda həkimə müraciət etmək vacibdir”.
“Riskləri minimuma endirmək üçün səsi artırmalı olduğunuz səs-küylü yerlərdə musiqi dinləməkdən çəkinin. Xüsusilə qulaqcıqlardan tez-tez istifadə edirsinizsə, eşitmə qabiliyyətinizi mütəmadi olaraq bir mütəxəssis tərəfindən yoxlayın. Siz həmçinin səs səviyyəsini və dinləmə vaxtını idarə etməyə kömək edən xüsusi proqramlardan istifadə edə bilərsiniz”, – deyə həkim fikirlərini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az