Gün ərzində Rusiya-Ukrayna cəbhəsində nələr baş verib?backend

Gün ərzində Rusiya-Ukrayna cəbhəsində nələr baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gün ərzində Ukrayna qoşunları rus işğalçılarının bir sıra vacib obyektlərinə zərbələr endirib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, gün ərzində Ukraynanın raket qoşunları və artilleriya bölmələri düşmənin bir komanda məntəqəsini, atəş mövqeyində olan bir artilleriya bölməsini, iki sursat anbarını və iki elektron döyüş məntəqəsini vurub.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası bir gündə düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9 zərbə endirib. Düşmənin iki kəşfiyyat PUA-sı məhv edilib. Eyni zamanda, rus işğalçıları Ukrayna mövqelərinə gün ərzində iki raket və 22 hava zərbəsi endirib. Bundan əlavə, onlar Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 20-yə yaxın hücum həyata keçiriblər.

  //Samir Qurbanov,Editor.az