“Gün ərzində üç-dörd meyvə yeyilməlidir”backend

“Gün ərzində üç-dörd meyvə yeyilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmmun sistemi güclü olmalıdır ki, orqanizm xəstəliklərə də tutulmasın.

Bu sözləri Editor.az-a qış fəslində qidalanma ilə bağlı danışarkən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, immun sisteminin güclənməsində qida ilə yanaşı, düzgün həyat tərzinin olması da çox önəmlidir:

“Yüksək çəkili insanlar risk qrupuna aiddir. Həddindən artıq aşağı çəkidə olanlar da immun sistemi zəif olan insanlardır. Mütləq şəkildə kilonu normada saxlamağa diqqət etməlidirlər. Hər gün fiziki aktivlik mütləqdir. 15-20 dəqiqə hər hansı yüngül idmanla mütləq məşğul olmalıdır. Həmçinin, təmiz havada olmaq daha yaxşıdır.
Daha sonra spirtli içkilərdən uzaq durmaları çox vacibdir. Siqaret çəkənlər bunu xüsusilə azaltmalıdır ki, daha tez orqanizm özü-özünü bərpa etsin. Yaxşı olar ki, stressdən də uzaq dursunlar, daha çox emosiya olduqları üçün həmin dönəmdə stress faktorları da immun sisteminin aşağı düşməsinə təsir edir. Eyni zamanda da mütləq sanitar gigiyena qaydalarına, əllər yuyulmalı, vaxtlı-vaxtında duş alınmalıdır. Xüsusən, indi yay aylarıdır tərləmə daha çox olur. Bilirik ki, tərlə bədəndən toksik maddələr çıxır və bu vaxtında yuyulmadıqda orqanizmdə immun sistemini aşağı salır. Ona görə də mütləq əllər də yuyulmalıdır, duş almaq vaxtlı vaxtında olmalıdır, hər gün olmalıdır. Bunlar olduqdan sonra artıq orqanizmi gücləndirən əsas mövsümi meyvə tərəvəzlərdir ki, mütləq hər gün 4 tərəvəz və yaxud 5 tərəvəz ola bilər, bu onun ölçüsünə görədir ki, təxmini 500 qram həcmində tərəvəz yeyilməlidir.

Gün ərzində üç-dörd meyvə yeyilməlidir. Şirin meyvələrdən daha çox tərkibində C vitamini olan turş meyvələrin seçilməsi daha məqsədəuyğundur ki, bu da immun sistemimizi gücləndirməyə kömək edir. Ondan sonra yay giləmeyvələrinin mövsümüdür ki, giləmeyvələr də güclü antioksidant qidalar sayılır ki, onlar da immun sisteminə çox gözəl təsir edir. Daha sonra brokkolidir ki, bu da həddindən artıq antioksidant, faydalı vitamin və minerallarla zəngindir. Mütləq onları da qəbul etməliyik. Vazkeçilməzlərimizdən saydığımız sarıkökdür, sarımsaq və zəncəfildir ki, bunlar da mütəmadi olaraq qidalarımıza əlavə edərək qəbul etməyimiz çox vacibdir.

Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.

Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi ağ rəngli qidalar sayılır.

//Səbinə Əliyeva, Editor.az