Gündə neçə fincan qəhvə içmək lazımdır?- Alimlərdən araşdırmabackend

Gündə neçə fincan qəhvə içmək lazımdır?- Alimlərdən araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı stəkandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır.

Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub. Dünyada ən çox istehlak edilən içkilər su, çay və qəhvədir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini araşdırmaq üçün alimlər yarım milyondan çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər.

Könüllülər müşahidə edilərkən alimlər bütün ürək-damar hadisələrini qeydə alıblar. Araşdırma zamanı 11 min 98 iştirakçıda ürək çatışmazlığı, 33 min 426 iştirakçıda koroner ürək xəstəliyi, 9 min 706 iştirakçıda insult meydana gəldi. Nəticələr göstərib ki, müntəzəm su istehlakı həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. Digər tərəfdən, həddindən artıq qəhvə istehlakı (gündə altı fincandan çox) həm ürək çatışmazlığı, həm də koroner ürək xəstəliyi və insult riskini artırır. Çayın həddindən artıq istehlakının ürək-damar xəstəlikləri riskini artırdığı da aşkarlanıb.

Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər.

//Gülnarə Abasova, Editor.az