Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYAbackend

Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Globalinfo.az dünyanın birinci dərəcəli gündəm mövzusu olan İran–İsrail müharibəsinin 9-cu günündə maraq doğuran bir sıra məqamlarla bağlı britaniyalı ekspertlərdən şərh alıb.

Britaniyalı politoloq Neil Vatson hesab edir ki, bu savaşda milli maraqlar üstün gələcək:

“ABŞ müharibədə birbaşa iştirak etmək istəmir. Prezident Tramp ərəb ölkələri ilə bir çox işgüzar sövdələşmələr bağlayıb və onların müttəfiqidir. Bununla belə, o, yəhudi mənşəli amerikalıları sakitləşdirməli olacaq”.

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya başı qarışdığı üçün və onun silahlarından istifadə edən İranla uzunmüddətli müttəfiqliyinə görə birbaşa müdaxiləyə çalışmayacaq:

Müharibə getdikcə genişlənərsə Çin müştərilərini və sifarişçilərini itirəcək. Bu zaman qoşulmamaq statusunu saxlamaq onun üçün çətin olacaq”.

Britaniyalı politoloq həmçinin, ölkəsinin belə bir riskli müharibəyə qoşulacağını düşünmür:

“Böyük Britaniyanın silahlanması bir neçə dəfə azaldılıb. Onun müharibəyə cəlb olunması üçün heç bir səbəb yoxdur və nəticədə heç nə qazanmayacaq”.

WhatsApp Image 2025 04 10 at 10.38.45 1

N.Vatson hesab edir ki, İran münasib zamanda normallaşmaya qayıtmağa çalışacaq və danışıqları onun istədiyi istiqamətdə aparmağa məcbur etmək üçün müəyyən qədər oyun oynayır. O, İran rejiminin devriləcəyinə inanmadığını deyir:

“Çünki çoxlu tərəflər, o cümlədən Rusiya da onun qalmasını istəyir. Bununla belə, hər hansı bir çevriliş baş versəydi, güney azərbaycanlılar istənilən gələcək rejim tərəfindən sıxışdırılacaqdılar, çünki onlar sayca çoxdur və digər etnik qruplara nisbətən daha çox muxtariyyət istəyirlər. Təbii ki, bütün türk xalqlarını sevməyən kürdlərdən onlara qarşı istifadə olunacaq və bunun Azərbaycan, azərbaycanlılar və Türkiyə üçün müəyyən nəticələri ola bilər. Amma bu baş verməyəcək”.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş isə düşünür ki, Tramp ilk növbədə İsrai-İran münaqişəsinə görə narahatdır, baxmayaraq ki, bunun Rusiya və Çinlə münasibətdə geosiyasi baxımdan ciddi təsirləri var: