“Güney Azərbaycanın istiqlaliyyətinə nail olmalıyıq”-ŞƏRHbackend

“Güney Azərbaycanın istiqlaliyyətinə nail olmalıyıq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Azərbaycana qarşı düşmən mövqeyinin dəyişmədiyini görürük. Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin məlum açıqlamasında azərbaycanlıların İrana aid olduğunu xüsusi mətnaltı mesajla vurğulamışdı. Azərbaycan ərazilərini İran adlandırırdı. Bu ikibaşlı mövqedir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq Vilayətinin çıxışını Azərbaycana münasibətlərə töhfə verəcək çıxış kimi qiymətləndirir: ” İlk növbədə İranın Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təzyiqləri, müharibəsi davam edir. İran-Azərbaycan dövlətləri təbiətcə bir-birinə ziddir. O, Azərbaycan xalqına, dövlətçiliyinə düşmən kəsilən ölkədir. Güney Azərbaycan məsələsini biz daima qabartmalıyıq. Onun istiqlaliyyətinə nail olmalıyıq. İran rejimi bu gün terrorçu təşkilatlar yaratmaqla qonşu ölkələrə təzyiq edir. İran- Azərbaycan münasibətlərinin xüsusilə Tehranda qaynaqlanan bu böhranın hər hansı rəsminin ikibaşlı məqaləsi ilə əlaqələrin normallaşması inandırıcı deyil. İranın antisiyasəti davam edəcək. Daxili aksiyalar başlayıb ki, bu da silahlı qarşıdurmaya çevrilir. İran Qərbin, ABŞ və İsrailin maraq dairəsindədir. Burada rejimin dağılmasına cəhd edirlər. Belə olan halda molla rejimi daha da aqressivləşir. Azərbaycana qarşı ikinci Qarabağ müharibəsindən sonra formalaşan bu kin bizim güclənməyimizi qəbul etməməsinin göstəricisidir. İran-Azərbaycan münasibətləri normallaşmayacaq. Çünki vəziyyət Tehran tərəfindən idarə olunur”.

//Safura Bənnayeva, Editor.az