Almaniya Bundesliqasında XXI turun növbəti oyunları keçirilib.
Editor.az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 5 matç baş tutub.
Günün bütün qarşılaşmaları heç-heçə nəticələnib. İddialılardan “Bayer” “Mayns”la, Dortmund “Borussiya”sı “Hoffenhaym”la matçda xal itirib. Hər iki oyunda 4 qol qeydə alınıb.
“Ştutqart”la “Herta” qollu heç-heçə edib. Digər iki matçda komandalar rəqib qapısına yol tapa bilməyib.
Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq.
Almaniya Bundesliqası
XXI tur
13 fevral
“Bayer” – “Mayns” – 2:2
Alario, 14, Şik, 84 – Qlatzer, 89, Ştoqer, 90+2
“Borussiya” D – “Hoffenhaym” – 2:2
Sanço, 24, Haland, 57 – Dabbur, 31, Bebu, 51
“Ştutqart” – “Herta” – 1:1
Kaladjiç, 45+2 – Nets, 82
“Verder” – “Frayburq” – 0:0
“Union” – “Şalke” – 0:0

