Günün əsas müzakirəsi: Bakı niyə qoşulmadı?backend

Günün əsas müzakirəsi: Bakı niyə qoşulmadı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Azərbaycanın Krım Platformasına getməməsi ciddi müzakirə olunur – ölkəmizdən hansısa nümayəndə heyəti gedə bilərdi, amma hamımız bilirik ki, nədən rəsmi Bakı bu tədbirdə iştirakdan imtina edib. Kreml bu tədbirdə iştirak edənlərə qarşı aqressiv ola bilər, olacaq da.

Bu sözləri ekspert Natiq Cəfərli Azərbaycanın Krım Platformasına qoşulmalı olduğu haqda siyasilərin və ictimai fəalların aktiv müzakirəsi haqda danışarkən deyib.

O bildirib ki, Moldova Rusiyanın işğal etdiyi Dnestryanı bölgədən, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyadan əlini üzdüyü üçün o platformaya qatılıblar:

“Amma biz Xankəndi və ətraf bölgələrdən imtina etməmişik, hələ ki, Moldovaya, Gürcüstana görə işğal məsələsində ən əlverişli durumda bizik. Kreml ilə bütün körpüləri yandırmağın öz bədəli var. Hələ ki, Moskva da bizlə gərgin münasibətlər istəmir, amma öz yaxın çevrəsinin dili ilə tez-tez təhdid edir. Yəni, hələ də şans var ki, Xankəndi və ərtafının məsələsini həll edə bilək. Nə vaxt ki, bu imkan Moskvaya görə tam tükənəcək, o zaman Rusiya ilə gərgin münasibətlər olacaq və təəssüf ki, o gün mütləq olacaq, Moskva ilə gərginlik yaşanacaq, ona görə də indidən bu günə hazırlıqlar görülməli, de-fakto və de-yure ittifaqlar gücləndirilməlidir.

Hələlik isə Ukraynaya yardım etmək bu platformaya getməkdən daha effektiv addımdır. Həm də, elə bilin ki, ordayıq, çünki rəsmi Ankara həm də bizi təmsil edir…”

//axar.az