“Gunvor” “LUKOIL”un aktivlərini geri qaytarmayacaqbackend

“Gunvor” “LUKOIL”un aktivlərini geri qaytarmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“LUKOIL”un beynəlxalq portfelinin satın alınması üzrə sövdələşmə sözügedən şirkətin bu aktivlərlə tamamilə vidalaşması demək olacaq.

Bunu “BloombergTV”nin efirində “Gunvor” beynəlxalq enerji qrupunun direktoru Torbyorn Tornkvist bəyan edib.

O əmin edib ki, Rusiyanın aktivlərə təsirinin davam edəcəyi ilə bağlı hər hansı əndişə tamamilə əsassızdır. O, sanksiyalar götürüləcəyi təqdirdə aktivlərin “LUKOIL”a təkrarən satılacağı ssenarisini istisna edib.

“Biz əmin edirik ki, belə olmayacaq. Sövdələşmə bağlanan kimi, əlaqə tamamilə kəsiləcək – vəssalam”, – deyə Tornkvist bildirib.

Oxu az