“Gürcü Arzusu” partiyası parlament seçkilərində qələbəsini qeyd edir.
Editor.az Trend-ə istinadən bildirir ki, bununla partiya sədri Bidzina İvanişvili partiya ofisində toplanan tərəfdarlarına müraciət edib.
Müraciətdə deyilir: “Seçicilərimizə, “Gürcü Arzusu” nun fəallarına, liderlərə, siz – gənclərə təşəkkür edirəm, bu qələbəni siz gətirdiniz. Vurğulamaq lazımdır ki, “Gürcü Arzusu” üçüncü dəfə partiya olaraq prinsipial seçkilərdə qalib gəlir”.

