Gürcü ekspert: “Azərbaycan PUA-larla müharibədə dönüş yaratdı”backend

Gürcü ekspert: “Azərbaycan PUA-larla müharibədə dönüş yaratdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.

Editor.az xəbər verir ki, “Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı: “Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”.

T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib.