Gürcü nazir: “Azərbaycandan aldığımız qazın qiymətinin sabit qalacağını gözləyirik”backend

Gürcü nazir: “Azərbaycandan aldığımız qazın qiymətinin sabit qalacağını gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün biz şərtlərimizin pisləşəcəyini gözləmirik və ölkəmizi sabit qiymətli təbii qazla təmin edə biləcəyimizi düşünürük”.

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili “Birinci kanal”ın efirində deyib.

Nazirin sözlərinə görə, Gürcüstan tərəfdaş və tədarükçü ölkə olan Azərbaycana hörmətlə yanaşır: “Vəziyyət əks istiqamətə doğru dəyişsə belə, biz daha uzunmüddətli və sabit müqavilələrə sadiq qalırıq. Azərbaycanla əməkdaşlığımız birdəfəlik deyil və bir ilə əsaslanmayıb. Bu, çoxillik, strateji və uzunmüddətli əməkdaşlıq formatıdır. Hesab edirik ki, dost ölkələrlə düzgün, yaxşı ünsiyyət və koordinasiya ilə ölkəmizi bu əsas enerji daşıyıcısı ilə sabit qiymətlə təmin edə biləcəyik”.//report