Gürcüstan 237 milyon avrodan məhrum oldubackend

Gürcüstan 237 milyon avrodan məhrum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Gürcüstana 237 milyon avro məbləğində maliyyə yardımını dayandırıb. Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, maliyyə yardımını dayandırmaq qərarına səbəb Gürcüstan rəhbərliyinin siyasəti olub.

“Biz Batumidə yaşıl hidrogenin, enerji infrastrukturunun, eləcə də su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq”, – səfir bildirib. Onun sözlərinə görə, maliyyənin dondurulması Berlinin Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxmasına və etirazçılara qarşı sərt tədbirlər görülməsinə reaksiyasıdır.

Eyni zamanda, səfir Almaniyanın QHT-lərə və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az