Gürcüstan ABŞ-ı onun daxili işlərinə müdaxilə etməkdə günahlandırırbackend

Gürcüstan ABŞ-ı onun daxili işlərinə müdaxilə etməkdə günahlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kadagişvili bildirib ki, Amerika təşkilatları respublikanın radikal müxalifətini maliyyələşdirir və seçki kampaniyası prosesinə müdaxilə edir.

O vurğulayıb ki, əgər ABŞ müxalifət partiyaları ilə qarşılıqlı əlaqə qurmaq niyyətindədirsə, bu, assosiasiya çərçivəsində görülən tədbirlər olmalıdır: “Bu, kobud şəkildə paketlənmiş seçki kampaniyasının maliyyələşdirilməsidir. NDI, IRI və ya başqa bir təşkilat hansısa partiya tədbirini maliyyələşdirdikdə, bu, yalnız Gürcüstanda, necə deyərlər, simbiozdur”, – İrakli Kadagişvili deyib.

Bildirilir ki, NDI şirkəti və Britaniya hakimiyyəti müxalifətçi deputatların respublika əhalisi ilə görüşlərinə sponsorluq etməyi planlaşdırırlar və bu görüşdə xarici agentlər haqqında qəbul edilmiş qanunun zərərindən danışacaqlar. Seçki kampaniyası çərçivəsində müxalifət partiyaları da onlara öz siyasi planlarından bəhs edəcəklər.

//Samir Qurbanov, Editor.az