Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT Katibliyinə və üzv ölkələrə etiraz notası təqdim edib.
Tbilisinin cavabı Finlandiyanın xarici işlər naziri Elina Valtonenin gürcü müxalifətinin etiraz aksiyasında iştirak etdiyi Gürcüstana səfərindən sonra baş verib: “Gürcüstanın Xarici İşlər Nazirliyi Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin səfəri ilə bağlı narahatlığını ifadə edir və ATƏT Katibliyinə və iştirakçı ölkələrə etiraz notası təqdim edib”, – Gürcüstan Xarici İşlər Nazirliyi bildirir.
Məlumata görə, Valtonen Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təəssürat yaradan bəyanatla çıxış edib. Bundan əvvəl Tbilisidə müxalifətin mitinqində iştirak edən Elina Valtonen bildirmişdi ki, müxalifətin təqibi və etirazçı liderlərin həbsi səbəbindən Gürcüstan xalqının real siyasi seçimi yoxdur.
//Samir Qurbanov, Editor.az

