Oktyabrda Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün namizəd statusundan məhrum edilə bilər.
Editor.az bildirir ki, bu məlumatı Amerikanın “Foreign Policy” xəbər jurnalı avropalı rəsmiyə istinadən yayıb. Mənbənin sözlərinə görə, ölkə xarici agentlər haqqında qanundan imtina etməsə, Avropa Komissiyası oktyabrda dərc olunan illik hesabatında Gürcüstanın Aİ-yə namizəd statusunu yeniləyə bilməz. Siyasətçinin dediyi kimi, bu, hadisələrin inkişafı üçün ən mümkün ssenaridir. Bundan əvvəl Aİ nümayəndəsi Peter Stano bəyan etmişdi ki, Avropa Komissiyası Tbilisi küçələrində xarici agentlər haqqında qanuna etiraz edən vətəndaşları ölkənin Avropa gələcəyi üçün mübariz hesab edir.
Xatırladaq ki, ötən il Avropa Komissiyası qanunlara “Demokratiya Paketi” adlanan bir sıra düzəlişləri təsdiqləyib. Xüsusilə, Avropa təşkilatlarının xaricdən maliyyələşməsi ilə bağlı konkret siyahıya əlavə olunacaq müddəa əlavə edilib. Avropa Komissiyası bunu Avropa ölkələrinin xarici təsirlə mübarizə aparması ilə izah edib.
//Samir Qurbanov, Editor.az