Gürcüstan Avrozonaya daxil olmaqla bağlı müraciət etdibackend

Gürcüstan Avrozonaya daxil olmaqla bağlı müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Milli Bankı Vahid Avrozonaya (SEPA) qoşulmaq üçün rəsmi müraciət edib.

Editor.az xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa ödəniş sisteminə qoşulması təşəbbüsü ilə çıxış edib.

Xatırladaq ki, Vahid Avro Ödəniş zonası Avropa və Avropa İqtisadi rayonundakı bank hesabları arasında avro pul köçürmələri sistemini təkmilləşdirmək mexanizmidir. SEPA köçürmələri 2008-ci ildən bəri 30-dan çox Avropa ölkəsində mövcuddur.

“Gürcüstanın SEPA-ya üzvlüyü bir neçə cəhətdən faydalı olacaq: Gürcüstanın maliyyə sektorunun beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artacaq, Avropa İqtisadi İttifaqı ilə ticarət əlaqələri asanlaşacaq, Gürcüstan vətəndaşları sadələşdirilmiş və daha ucuz xidmətlər alacaqlar ki, bu da Aİ ölkələrindən pul köçürmələrinin artım tendensiyası nəzərə alınmaqla xüsusilə vacibdir”, – Gürcüstan Milli Bankının bəyanatında deyilir.

Xatırladaq ki, Gürcüstan regionda SEPA-ya üzvlük üçün müraciət edən ilk ölkədir. Gürcüstanın müraciəti ilə bağlı yekun qərar Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra veriləcək. Bundan əvvəl, müraciət ildə dörd dəfə toplanan Avropa Ödənişlər Şurası tərəfindən nəzərdən keçirilməlidir.

Milli Bankdan bildirilib ki, növbəti iclas noyabr ayına planlaşdırılıb.

 //Samir, Editor.az