Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoq üçün platforma təmin etməyə hazırdırbackend

Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoq üçün platforma təmin etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə töhfə verməyə hazırdır və Azərbaycan və Ermənistan arasında dialoq üçün platforma təmin edə bilər.

Editor.az bildirir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili deyib. “Gürcüstan dəfələrlə bəyan edib ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə, regionda davamlı sülhün təmin olunması üçün sülh sazişinin imzalanmasına töhfə verməyə hazırıq”, -nazir bildirib. Gürcüstan XİN rəhbəri əlavə edib ki, Tbilisi iki qonşu dövlətlə münasibətlərə kömək etməyə hazırdır. “Gürcüstan tərəfi bu prosesdə həmişə vasitəçi olacaq”.

Xatırladaq ki, mart ayında Maka Boçorişvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın region üçün böyük əhəmiyyət kəsb etdiyini bəyan etmişdi.

//Samir Qurbanov, Editor.az