Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze gələn ilin əvvəlindən vəzifəsini tərk edəcək.
Bu barədə Gürcüstan hökuməti müvafiq sərəncam verib. Onun başqa dövlətə səfir kimi taleyi ilə bağlı hələ heç nə məlum deyil.
Zurab Pataradze 2018-ci ilin yayın sonundan Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri vəzifəsində çalışır. Bundan əvvəl o, Acarıstan hökumətinin başçısı, ölkəsinin Türkiyə və Qazaxıstandakı səfiri olub.
//Samir Qurbanov, Editor.az