“Gürcüstanın ilk iclası Moskvada keçirilən “3+3″ platformasına qoşulacağını heç kim gözləmirdi və ola da bilməzdi”.
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
Gürcü siyasi analitik bildirib ki, “3+3” formatının Gürcüstanla heç bir əlaqəsi yoxdur:
“Gürcüstan dəfələrlə bu formata qoşulmayacağını bəyan edib, çünki Tiflisin iştirakçılarla öz münasibətlər formatları var – üç format (Gürcüstan, Türkiyə, Azərbaycan), Rusiyanın Cenevrə danışıqlar formatı, həm İran, həm də Ermənistanla ikitərəfli münasibətləri.
Gürcüstan regionda gedən proseslərdən uzaq qala bilməz. Bunun üçün coğrafi xəritəyə baxmaq kifayətdir. Regionun bir parçası olduğu kimi burada cərəyan edən proseslərin də bir hissəsidir. 3+2 formatına gəlincə, bu, Suriyada Astana formatını təkrarlayan və Gürcüstanla heç bir əlaqəsi olmayan formatın təkrarıdır. Bu səbəbdən də Tiflisin nə vaxtsa bu formatın rəsmi iştirakçısı olacağına inanmıram.
Əslidə hər şey mümkündür, amma bu mümkün deyil. Çavuşoğlunun sözləri isə sadəcə olaraq nəzakət jesti ola bilər”.
Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası üçün İslamabadda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyə dövlət başçıslarının təşəbbüsü ilə yaradılan “3+3” platforması çərçivəsindı növbəti iclasın Ankarada olacağı anonsunu verib. O, eyni zamanda bu forumda Gürcüstanın da təmsil olunmaq

