“Qərbin siyasi mərkəzləri Gürcüstana qarşı amansız total bir linç kampaniyası həyata keçirirlər. Faktiki olaraq Gürcüstan dövlətçiliyi və aldığı qərarlara qarşı səlim yürüşü həyata keçirilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Analitik bildirib ki, özəlliklə bu gün Gürcüstanın Avropa İttifaqı ölkələrindəki səfirlərinin bəzilərini birdən-birə istefaya getməsi şübhəli məqamları ortaya qoyur:
“Aydındır ki, bunlar özbaşına baş tutacaq hadisələr deyil. Hadisələrin kökündə və arxasında müəyyən təxribatlar dayanır. Bu gün Gürcüstanı tam sıxışdırmaq və ictimai-siyasi xaos girdabında onu məşğul etmək üçün Qərb əlindən gələn hər bir vasitədən istifadə edərək prosesə rəzil bir damğa vurmağa çalışır.
Əlbəttə ki, bütün bunlar onu göstərir ki, bu gün Azərbaycana qarşı keçirilən total kampaniyalarla bərabər Gürcüstan da Qərbin siyasi mərkəzlərinin hədəfindədir. Məqsəd gələn ay Gürcüstanda keçiriləcək prezident seçkilərində hökumətin dəstəklədiyi namizədin seçilməsinə əngəl olmaq və özlərinin uydurma və qondarma ittihamları ilə Gürcüstanda xalqı xaosa, ictimai-siyasi qarışıqlığa, qəbuledilməz tendensiyalara sürükləməkdir. Son dövrlər buraya Gürcüstanın Avropa İttifaqındakı səfirlərinin də kütləvi istefalarına daxil etdikdə vəziyyətin nə qədər çətin və ciddi bir durumda olduğunu çox açıq-aydın görə bilərik. Hesab edirəm ki, Gürcüstana qarşı oynanılan bu çirkin linc kampaniyalarının heç bir əhəmiyyəti yoxdur. Gürcüstan bu məsələlərdən də üzü ağ çıxmağı bacaracaq”.
//Gülnarə Abasova, Editor.az