Gürcüstana Çindən gələn turist axınının öhdəsindən gəlmək çətin olacaq.
Editor.az bu açıqlama ilə Respublika Sertifikatlı Bələdçilər Assosiasiyasının rəhbəri Elza Bebiya çıxış edib. Çin və Gürcüstan ölkələr arasında vizasız rejim tətbiq edilib ki, bu da turist axınının artması deməkdir. “Bələdçilərlə bağlı vəziyyət çətindir.
Çin vətəndaşlarının böyük əksəriyyətinin başqa dil bilmədiyindən ən kəskin problem çin dilində danışan bələdçilərin olmamasıdır”, – Elza Bebia deyib. Assosiasiya prezidentinin sözlərinə görə, tətbiq edilən vizasız rejim Çindən Gürcüstana turist axınını artırmaq üçün kifayət etmir. Bunun üçün Çinin iri şəhərlərinə daha çox birbaşa uçuşlar açmaq lazımdır. Bundan əlavə, Gürcüstan Çindən respublikaya zəngin turistləri cəlb etmək üçün xidmət yaratmalıdır.
//Samir Qurbanov, Editor.az

