Gürcüstan dəmir yolunda faciə
“Gürcüstan Dəmir Yolları”nın açıqlamasında bildirilir ki, Tbilisidə dəmir yolunda işləyən fəhlələrin ölümü ilə nəticələnən insident baş verib. Fövqəladə hadisə Didubə və Avçala stansiyaları arasındakı ərazidə qeydə alınıb. Hələlik Batumidən gələn qatarın iki dəmiryolçunu vurduğu məlum olub. Faciədən dərhal sonra qatar dayandırılıb. Sərnişinlər xəsarət almayıb. Ekspertlər qəzanın təfərrüatlarını müəyyənləşdirir, hadisə yerində araşdırmalar aparılır. Bundan sonra dəmir yolunda qatarların hərəkəti bərpa olunacaq.