“Gürcüstan demokratiyası üçün qara gündür” – ABŞ səfirliyibackend

“Gürcüstan demokratiyası üçün qara gündür” – ABŞ səfirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür”.

Bunu ABŞ-nin Gürcüstandakı səfirliyi bildirib.

Səfirlik Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinə münasibət bildirib:

“Parlamentin “xarici agentlər” lə bağlı prosesi irəli aparması Gürcüstan xalqının Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və  bu qədər təşkilatların öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərinə mənfi təsir göstərəcək”, – deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən ” xarici agentlər” haqqında qanuna etiraz edirlər.

//Qafqazinfo