Gürcüstan israrlıdır: “3+2”  formatı nə vəd verir?- AÇIQLAMAbackend

Gürcüstan israrlıdır: “3+2”  formatı nə vəd verir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın “3+3″ formatına qatılması indiki halda real görünmür”.

Bunu Editor.az-a politoloq Samir Hümbətov Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin Rusiyanın Gürcüstan torpaqlarının işğalını dayandırmayana qədər “3+3” formatına qoşulmayacağı ilə bağlı verdiyi açıqlamaya eyni zamanda rəsmi Tibilisinin bu formatda oynadığı əsas rola münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstan ərazisini işğal və ilhaq etməsi rəsmi Tibilisini platformadan kənarda qoyur:

“Gürcüstanın hələ ki formata qatılmaq niyyəti yoxdur. Lakin hər vəziyyətdə rəsmi Tibilisinin formata qatılması daha effektivdir. Doğrudur, onun iştirakı olmadan da platforma baş tuta bilər. Amma bunun böyük effekt daşıyacağını düşünmürəm. Eyni zamanda, əlavə xərclərin, vaxt itkisinin yaranması istisna deyil. Onu da qeyd edim ki, həmin vəziyyət Gürcüstanın başqa blokların tərkibinə qoşulmasına da zəmin yaradır. Beləliklə, “3+3″ formatına fərqli yanaşma ortaya çıxır”.

Politoloqun fikrincə, Gürcüstanın platformaya qoşulmaması halında “3+2” formatının yaranması gözləniləndir:

“Beştərəfli formatın müsbət və mənfi tərəfi isə proseslərin gedişində məlum olacaq. Bu dəqiqə üçün görünən odur ki, Gürcüstan formata qatılmamaqda israrlıdır. Platformanın üzvü olan digər 5 dövlət isə danışıqlar prosesini davam etdirir. Lakin buna baxmayaraq ortada müəyyən nəticə yoxdur. Praktiki fəaliyyətə başlanılan zaman əməli nəticəni görəcəyik”.

//Safura Bənnayeva, Editor.az