Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukraynada Rusiya qoşunlarına qarşı döyüşmüş 8 ölkə vətəndaşını hakim “Gürcü Arzusu” (GM) partiyasının qurucusu, milyarder Bidzina İvanişvilini və digərlərini məhv etmək məqsədilə terror aktı hazırlamaqda şübhəli bilir.
Döyüşçülər həm də “Gürcüstan legionu”nun üzvləridir.
Editor.az bildirir ki, işin təfərrüatlarını jurnalistlərə iş üzrə təqsirləndirilən şəxslərdən biri Gela Kaxabrişvilinin maraqlarını müdafiə edən vəkil Mixail Ramişvili açıb. Müvəkkilinin dindirildiyi Tbilisi şəhər məhkəməsinin foyesində Ramişvili qeyd edib ki, “söhbət Gürcüstanda dövlət çevrilişi etmək məqsədi ilə İvanişviliyə qarşı hazırlanmış terror aktından gedir”. Mixail Ramişvili Dövlət Təhlükəsizlik Xidmətinin “Terrorizm” və “Dövlət çevrilişinə hazırlıq” maddələri ilə açdığı işdə səkkiz nəfərin əli olduğunu təsdiqləyib.
Amma onların arasında bir dənə də olsun şübhəli yoxdur: hər kəs hələ də yalnız şahid sayılır və nəzarətə götürülməyib. Daha əvvəl dindirilən iki şəxsin adı məlum olub. Bunlar Ukraynada döyüşmüş Laşa Çiqladze və Nadim Xmaladzedir. Nadim Xmaladzenin qısa olaraq sosial şəbəkələrdə yazdığı kimi, Dövlət Təhlükəsizliyi Xidməti onu “dövlət çevrilişi və terrorizmlə bağlı yazılar əsasında” magistratura hakiminin iştirakı ilə dindirib. Laşa Çiqladze isə jurnalistlərə deyib ki, dindirmə zamanı ondan Ukraynaya nə vaxt getdiyini və oradan nə vaxt gəldiyini soruşublar.
//Samir Qurbanov, Editor.az

