Gürcüstan müxalifəti inqilab hazırlayırbackend

Gürcüstan müxalifəti inqilab hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son bəyanatları gürcü müxalifəti arasında inqilabi planın olduğunu sübut edir.

Editor.az bildirir ki bunu hakim “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib. Söhbət Saakaşvilinin Gürcüstan xalqını davamlı etiraz aksiyaları təşkil etməyə çağırışından gedir.

Keçmiş dövlət başçısı belə bir fikir bildirib ki, əgər Aİ Gürcüstana assosiasiyaya üzv namizəd statusu verməsə, o zaman Gürcüstan sakinləri hazırkı hökumətin istefasına nail olmalı, bundan sonra seçkilər təyin edilməlidir.

“Saakaşvilinin çağırışına gəlincə, əlbəttə ki, bu, onların beynində inqilabi planın hazırlandığının daha bir sübutudur, hansı ki, məhvə məhkumdur.

Amma biz heç bir halda arxayınlaşmamalıyıq. Bu radikal müxalifət nə qədər zəif olsa, təxribatlar bir o qədər riskli olacaq”, – Kobaxidze deyib.

//Samir Qurbanov, Editor.az