Gürcüstanın baş naziri İrakli Qaribaşvili ərazi məsələləri həll edildikdən sonra ölkənin Şimali Atlantika Alyansına qoşulmaq niyyətini açıqlayıb. Editor.az “Georgia Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı Qətərdə keçirilən iqtisadi forumda çıxışında bildirib.
“Bizim motivasiyamız NATO-ya üzv olmaqdır. Bu, bizim strateji hazırlığımızdan və səbrimizdən asılıdır. Biz başa düşürük ki, NATO-ya üzvlük təkcə bizim üzv olmaq istəyimizdən asılı deyil, həm də Gürcüstanın üzvlüyünü qəbul etmək üçün bütün üzvlər arasında konsensus olmalıdır”,-deyə Prezident bildirib.
Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın siyasəti sülh danışıqları yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdən ibarətdir. “Biz hakimiyyətə gələndən bəri rəsmi Moskva ilə təmasda olmamışıq. 2012-ci ildən bəri heç bir siyasi məsləhətləşmələrimiz olmayıb, yalnız ticarət-iqtisadi əlaqələrimiz olub”, – o, deyib.
//Gülnarə Abasova, Editor.az

