Gürcüstan neftini hindistanlılar çıxaracaqbackend

Gürcüstan neftini hindistanlılar çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən verilən məlumata görə, Gürcüstan Neft və Qaz Korporasiyası Hindistanın “Hindustan Silicon Private Limited” şirkəti ilə ölkənin mövcud neft yataqlarının genişmiqyaslı işlənməsindən əldə olunan gəlirlər üçün hasilatın pay bölgüsü sazişi imzalayıb: “Layihənin növbəti dörd il üçün investisiya paketi təxminən 50 milyon dollar təşkil edir.

Müqavilə imzalandıqdan dərhal sonra şirkət dövlət büdcəsinə 4,15 milyon dollar ödəyəcək”, – Gürcüstan İqtisadiyyat Nazirliyindən bildiriblər.
“Sputnik Gürcüstan” xəbər verir ki, şirkət mütəxəssisləri müasir texnologiyalardan istifadə etməklə yeddi istismar quyusunu, həmçinin iki yeni kəşfiyyat quyusunu dərinləşdirəcək və qazacaq. İmzalanma mərasimində İqtisadiyyat nazirinin müavini və enerji sektoruna nəzarətçi İnqa Pxaladze bildirib ki, sənəd təkcə Gürcüstanın Hindistanla iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində yeni addım kimi xidmət etməyəcək, həm də Gürcüstanın enerji resurslarını daha da inkişaf etdirəcək, yeni investisiyalar cəlb edəcək və neft hasilatında müasir yüksək texnologiyalı həllər tətbiq edəcək.

Nazir müavini əlavə edib ki, yeni saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin yeni mərhələsinin əsasını təşkil edəcək və onun iqtisadi artımı və regional inkişafı üçün yeni imkanlar yaradacaq.

//Samir Qurbanov, Editor.az