Gürcüstan prezidenti Salome Zurabişvili istefa verməlidir.
Editor.az bildirir ki, bu fikri iyulun 30-da respublika parlamentinin sədri Şalva Papuaşvili səsləndirib: “Salome Zurabişvilinin Konstitusiya Məhkəməsinə müraciəti o deməkdir ki, onun legitimliyini tanıyır.Əgər onun siyasi vicdanı varsa, istefa verməlidir”.
Spiker xatırladıb ki, Zurabişvili “Vahid Milli Hərəkat” partiyası sayəsində impiçmentdən yayına bilib.
“Konstitusiya Məhkəməsi onu Konstitusiyanı pozduğuna görə məhkum edib və impiçmentin baş verməməsinin yeganə səbəbi “Vahid Milli Hərəkat”ın onu xilas etməsidir”, – Parlamentin sədri bildirib.
Spikerin sözlərinə görə, indi məlum olub ki, bu vəzifədə “Milli Hərəkat” Zurabişviliyə nəyə görə lazım olub.
//Samir Qurbanov, Editor.az

