Gürcüstan paytaxtında isə tuthatutdurbackend

Gürcüstan paytaxtında isə tuthatutdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiya zamanı 43 nəfər saxlanılıb. Departamentin məlumatına görə, qarşıdurma nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Yaralılardan bəziləri baş, göz və bədən nahiyələrindən ağır xəsarətlər alıb. 13 polis məmuru əməliyyat olunub, biri xəstəxanada qalıb. “Mitinq iştirakçılarının bəziləri… polisin əmrinə tabe olmayıb, onları təhqir edib və onlarla fiziki üz-üzə gəliblər. Müxtəlif KİV-lərin canlı yayımlarında aksiya iştirakçılarının infrastruktura, yol örtüyünə və müşahidə kameralarına necə ziyan vurması açıq-aydın görünür”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, dünən, noyabrın 28-də axşam saatlarında etirazçılar Tbilisinin Rustaveli prospektini bağlayıblar. Aksiya hakimiyyət orqanlarının Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra başlayıb. Polis parlament binasına su şırnaqları gətirib və polislə toqquşma başlayıb. Səhərə yaxın xüsusi təyinatlılar etirazçıları prospektdən sıxışdırıblar.

//Samir Qurbanov, Editor.az