Gürcüstan hüquq-mühafizə orqanlarının məlumatına görə, xarici dövlətin vətəndaşı 200 qram qızıl-zinət əşyalarını qanunsuz yolla Gürcüstan ərazisinə gətirmək istəyərkən saxlanılıb.
Editor.az Gürcüstan mənbələrinə istinadən bildirir ki, qaçaqmalın ümumi məbləği 18 min dollara yaxın olub. İstintaq xidmətinin məlumatına görə, faktla bağlı “Gürcüstanın gömrük sərhədindən malların keçirilməsi ilə bağlı qaydaların pozulması” maddəsi ilə cinayət işi başlanıb.
Təqsiri sübuta yetirildiyi halda, saxlanılan şəxsi 7 ilə qədər həbs cəzası ala bilər. Qızıl əşyalar dövlətin xeyrinə pulsuz olaraq müsadirə olunacaq.
//Samir Qurbanov,Editor.az