Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşüb.
Bu barədə Oxu.Az Gürcüstan prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata istinadla xəbər verir.
Məlumata görə, söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli regional və beynəlxalq formatlarda uğurlu qarşılıqlı əlaqə olub:
“Görüş zamanı ticari-iqtisadi əlaqələrin gələcək dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət ayrılıb. Orta Dəhlizin yükdaşımaların artırılması baxımından vacibliyi qeyd edilib. Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən dəyişməz dəstəyə görə Azərbaycanın baş nazirinə təşəkkür edib”, – məlumatda deyilir.