Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı müxalifət qüvvələrinin qələbəsinin mümkünlüyünü ehtimal edir.
Lakin o, hakim “Gürcü Arzusu”nun nümayəndələri qalib gəldiyi təqdirdə, impiçment elan oluna və sonradan həbs oluna biləcəyi qənaətində olduğunu da bildirib. “Başqa çarə yoxdur, mən Avropa qüvvələrinin qələbəsindən başqa hər şeyi istisna edirəm…”, – prezident deyib.
Ölkədə hakimiyyətdə olan partiyanın nümayəndələri qalib gələrsə, onun özü üçün mümkün nəticələrlə bağlı sualı cavablandıran xanım Zurabişvili yeni impiçment cəhdinin mümkünlüyünü istisna etməyib . Əgər bu, uğur qazanarsa, Gürcüstan prezidenti, həbs olunacağını düşünür.
Xatırladaq ki, oktyabrın əvvəlində “Gürcü arzusu” partiyası prezidentə qarşı impiçment prosesinin bərpa olunduğunu elan edib.
//Samir Qurbanov, Editor.az