Gürcüstan prezidenti özünün sosial şəbəkələrdəki səhifələrində ABŞ-ın Luqar laboratoriyasını maliyyələşdirməsini dayandırmasına münasibət bildirib.
Salome Zurabişvili qeyd edib ki, bu, respublika hökumətinin xəyanətinin nəticəsidir: “Ölkənin demoqrafik göstəricisinin fəlakətli səviyyəyə düşdüyü, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə bu cür mühüm əlaqələri kəsmək açıq-aydın xəyanətdir”, – dövlət başçısı deyib.
O xatırladıb ki, çətin vaxtlarda Amerika tərəfi Gürcüstana pulsuz dərmanlar, peyvəndlər və müxtəlif tibbi avadanlıqlar göndərib ki, bu da respublikanın bir çox sakinlərinə hepatit C, QİÇS, donuz qripi və COVID-19 ilə uğurla mübarizə aparmağa imkan verib.
//Samir Qurbanov, Editor.az