Gürcüstan Prezidenti Tbilisidə aksiyaçılara qoşuldu – FOTObackend

Gürcüstan Prezidenti Tbilisidə aksiyaçılara qoşuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.

Editor.az  report-a istinadən xəbər verir ki, “Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri alana qədər bitməyəcək müqavimət başlayır”, – Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.

22:31

Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.

Editor.az  APA-ya istinadən bildirir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.

Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.

———–

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.

Editor.az  APA-ya istinadən bildirir ki, “Gürcü Arzusu”nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, “ruslar”, “get” şüarları səsləndirirlər.

Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.

Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.

Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar: