Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiyəyə gəlib.
Editor.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı xəbər verir.
Onu İstanbul hava limanında Türkiyə xarici işlər nazirinin müavini və digər rəsmi şəxslər qarşıladılar. Kavelaşvilinin səfəri bu gün baş tutacaq Gürcüstan-Türkiyə futbol matçına təsadüf edir.
Dövlət başçısı ailəsi ilə birlikdə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin oyununa da qatılacaq. Yeri gəlmişkən, Kavelaşvilinin özü də zəngin peşəkar futbol keçmişinə malikdir. O, “Spartak-Alaniya Vladiqafqaz”la Rusiya çempionatının qalibi olub.
//Samir Qurbanov, Editor.az

