Gürcüstan Rusiya ilə dialoqa başlaya bilərbackend

Gürcüstan Rusiya ilə dialoqa başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili yeni parlamentin ilk iclasında çıxışı zamanı Rusiya ilə dialoqa başlamağın vacibliyini vurğulayıb.

Bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.

“Dünyanın qalan hissəsindən və ən yaxın tərəfdaşlarımızdan fərqli olaraq, biz diplomatiyanı rədd edən yeganə ölkə ola bilmərik. Bunu da söyləmək lazımdır və yalnız Rusiya ilə paralel diplomatiyanın özünü doğrultmamağı ilə bağlı müxalifətlə bir qədər razıyam, çünki rəsmi danışıqları müşayiət edən açıqlıq, şəffaflıq və hesabatlılıq çatışmır. Bilmək lazımdır ki, dialoq nəyinsə tanınması demək deyil, danışıqlar güzəşt demək deyil və diplomatiyadan imtina bütün təsir gücünün itirilməsi və dondurulması deməkdir”, – deyə Zurabişvili vurğulayıb.

Gürcüstanın dövlət başçısının sözlərinə görə, dialoqun öz formatları var və bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyi lazımdır. Zurabişvili hesab edir ki, məsafəni azaltmaq, birləşmək üçün yollar tapmaq və bunun üçün bütün imkanlardan istifadə etmək lazımdır.

Loading...