Gürcüstan rusiyalı turistləri qarşılamağa hazırlaşırbackend

Gürcüstan rusiyalı turistləri qarşılamağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin bərpası Gürcüstana turist axınının artmasına gətirib çıxaracaq. Ölkə artıq rusların axınına hazırlaşır.

Editor.az bildirir ki, bunu Gürcüstan Restauratorlar Assosiasiyasının rəhbəri Şota Burdjanadze bildirib. Onun sözlərinə görə, “Rusiyanın Ukraynadakı vəziyyətə görə təcrid vəziyyətinə düşməsinə əsaslanaraq, Rusiya əhalisinin Gürcüstana gəlməsi üçün bir növ pəncərə açılır.

Buna uyğun olaraq rusiyalı turistlərdən də böyük maraq olacaq”. O, Rusiya vətəndaşlarının olduğu təyyarələrdə boş yerlərin olmayacağına əminliyini ifadə edib və Rusiyada yaşayan Gürcüstan vətəndaşlarının da səfərlərdən həzz alacaqlarını deyib.

Eyni zamanda, assosiasiya rəhbəri qeyd edib ki, ilk vaxtlar Gürcüstanda restoran və iaşə obyektlərində qiymət artımını gözləməyə dəyməz. “Avqustda böyük axın gözləyirəm və buna uyğun olaraq biznes sektoru nə qədər adamın gələcəyindən asılı olaraq reaksiya verəcək” – Şota Burcanadze

//Samir Qurbanov,Editor.az