Gürcüstan Rusiyanı NATO-ya üzvlüklə hədələyirbackend

Gürcüstan Rusiyanı NATO-ya üzvlüklə hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynadakı müharibə rus imperializminin əsl mahiyyətini bütün dünyaya ifşa etdi.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə  Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Müdafiə Qüvvələri Günü münasibətilə hərbçilər qarşısında çıxışında deyib. O əlavə edib ki, Rusiyanın Ukraynaya təcavüzü dünyanı heyrətə salıb, çünki beynəlxalq hüququn və humanizmin bütün prinsiplərinə məhəl qoyulmayıb. Gürcüstan prezidenti vurğulayıb ki, işğalçı qüvvələr öz ölkəsini müdafiə edənləri məğlub edə bilməz.

O hesab edir ki, Gürcüstan Şimali Atlantika Alyansına inteqrasiya etmək üçün səylərini əsirgəməməlidir və Vilnüs sammiti bu baxımdan mühüm mərhələ olacaq: “Tərəfdaşlarımız başa düşməlidirlər ki, qəti qərarlar qəbul etmək vaxtı çatıb və tərəddüd etməməlidir. Bizim Rusiyaya cavabımız aydın və açıq olmalıdır”.

//Gülnarə Abasova, Editor.az