Respublika parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, 2022-ci ildə Rusiyaya qarşı sanksiyaların tətbiqi Gürcüstan iqtisadiyyatının 17% azalmasına gətirib çıxaracaq ki, bu da 6,6 milyard dollardan çox itkiyə bərabərdir.
Editor.az bu barədə TASS-a istinadla xəbər verir. “Biz pandemiya zamanı əldə etdiyimizdən üç dəfə çox iqtisadi təsir almış olardıq ki, bu da iqtisadiyyatın məhvinə bərabərdir”,- deyə parlamentari bildirib. Papuaşvili xatırladıb ki, Gürcüstanın iqtisadi artımı 2022-ci ilin sonunda 10 faiz təşkil edir.
//Gülnarə Abasova, Editor.az

