Gürcüstan tezliklə Aİ üzvü olacağına inanırbackend

Gürcüstan tezliklə Aİ üzvü olacağına inanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Aİ-yə bütün digər müraciət edənlərdən daha tez üzv olacaq.

Editor.az bildirir ki, bu proqnozu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze verib. Kobaxidze deyib ki, o, Brüsselin Tbilisi ilə üzvlüyə dair danışıqlara nəhayət başlayacağına şübhə etmir.

“Biz əminik və sizə zəmanətlə deyə bilərəm ki, biz Ukrayna və Moldovadan əvvəl Avropa İttifaqına daxil olacağıq”, siyasətçi qeyd edib. Kobaxidze həmçinin bildirib ki, Gürcüstan keçən il namizəd olmalı idi. Üstəlik, partiya sədri hesab edir ki, danışıqlar hələ o zaman başlamalı idi. Gürcüstan namizəd statusunu bir həftə əvvəl alıb.

Elə həmin gün Brüssel Kiyev və Kişinyovla üzvlük danışıqlarına başlandığını elan edib. Qeyd edək ki, Türkiyə prezidenti Aİ-nin qərarına şübhə ilə yanaşıb. Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Türkiyə çox uzun müddətdir ki, Aİ ilə danışıqlar aparır, lakin heç bir irəliləyiş yoxdur.

//Samir Qurbanov, Editor.az