Gürcüstan beynəlxalq turizmdən qazanc əldə etmək rekordunu qırıb. 2023-cü ilin yanvar-sentyabr aylarında respublikaya 3,3 milyard dollar vəsait daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2% çoxdur.
Editor.az bildirir ki, bu barədə məlumatı respublikanın Milli Turizm Administrasiyası verib. Bildirilir ki, respublikada turizm sənayesi pandemiyadan sonra bu ilin əvvəlindən canlanmağa başlayıb. Keçən il turizm gəlirləri respublikanın turizmin zirvəsinə çatdığı 2019-cu ili ötüb.
Bu ilin doqquz ayında mənfəət pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 26% artıb. Lakin o da qeyd olunur ki, beynəlxalq turistlərin sayı hələ 2019-cu ilin rekord səviyyələrinə çatmayıb. Ümumilikdə 2023-cü ilin doqquz ayı ərzində digər ölkələrdən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43% artıb. Bu ilin yanvar-sentyabr aylarında respublikaya 5,6 milyon səyahətçi gəlib.
//Samir Qurbanov, Editor.az

